Sumqayıtda avtomobil bankın binasına çırpılıb. Sumqayıt24 bu haqda 4 iyun tarixində xəbər verir.
Hadisə axşam saatlarında, şəhərin Sülh prospektində qeydə alınıb. Xanım sürücü idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ilə səkinin üzərinə çıxaraq “Express Bank”-ın binasına çırpılıb. Qəza nəticəsində təhlükəsizlik yastıqları açılıb, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur. [modula id="16172"]