Sumqayıtlı gənclərin Azər Qəriblə görüşü baş tutub. Sumqayıt24 bu haqda bu gün, 4 aprel tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə (GİKM) istinadən xəbər verir.
100-ə yaxın xarici ölkədə səfərdə olmuş Azər Qərib bu səfərlərdə başına gəlmiş yaddaqalan əhvalatlardan danışıb. Sonda o, gəncləri maraqlandıran sualları cavablandırıb.
"Səyyahın gündəliyi" adlı görüşdə 100-dən çox gənc iştirak edib.