Bu gün 9 nömrəli məktəbdə “Çempionumuz” İdman layihəsi çərçivəsində növbəti görüş keçirilib. Bu haqda 15 fevral tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Tədbir məktəbin akt zalında baş tutub. Layihənin qonağı “Şöhrət” ordeninin sahibi, Azərbaycan Respublikasının Əməkdar İdman Ustası, Boks üzrə dünya çempionatının və I Avropa Oyunlarının qalibi, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı Elvin Məmişzadə olub. Görüşdə yeniyetmə və gənclərə düzgün və sağlam həyat tərzini seçmələri məsləhət görülüb.
Sonda Elvin Məmişzadə şagirdlərlə xatirə şəkilləri çəkdirib.
Görüş Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” layihəsi çərçivəsində baş tutub.