Sumqayıt şəhərinin Tarixi Muzeyində Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib. Sumqayıt24 bu haqda, 5 mart tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Görüşdə beynəlxalq nailiyyətlər qazanan, Azərbaycan bayrağını qaldıraraq himnini səsləndirən tanınmış idmançılar iştirak ediblər. Tədbir zamanı İlham Zəkiyev, Fuad Aslanov, Şahin İmranov, Fərhad Rəcəbli və şəhərimizin digər tanınmış idmançıları çıxış ediblər.
Daha sonra tədbir iştirakçıları “Şəhidlər qalereyası”nı ziyarət ediblər.