Yenilənib 10:25
Hadisə nəticəsində 9 nəfər xəstəxanaya çatdırılıb. Bu haqda bu gün, 29 aprel tarixində APA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, 7 nəfərə ilkin tibbi yardım göstərilib. Onlar ambulator müalicə üçün buraxılıblar. 2 nəfər isə tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.
——————————————————————————————————–
Saat 09:49
Ötən gün saat 17:00 radələrində Tağıyev qəsəbəsində baş verən yanğın bu gün saat 08:24-də söndürülüb. Bu haqda bu gün, 29 aprel tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, ilk yanğınsöndürən maşın hadisə yerinə çağırışdan 9 dəqiqə sonra çatıb. Sonradan əraziyə helikopterlər cəlb olunub. İlkin ehtimala görə, yanğına səbəb “Azərsun Sənaye parkı“ kompleksinin kənarında mövcud olan karton tullantıların alışması olub.
"Bu yanğın zamanı heç bir ekoloji problem yaranmayıb. Fövqəladə Hallar Nazirliyinin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cihazları ilə birgə araşdırma aparıb", - deyə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb.
FHN-in və Baş Prokurorluğun əməkdaşları tərəfindən araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.