H.Z. Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Azərsun Sənaye Parkı”nda yenidən yanğın baş verib. Sumqayıt24-ə bu haqda bu gün, 13 may tarixində xəbər verilib.
Məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb.
Xatırladaq ki, həmin zavodda 28 aprel tarixində dəhşətli yanğın baş vermişdir.