“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi vəzifəsindən azad edilib. Sumqayıt24 bu haqda bu gün, 9 mart tarixində Oxu.az-a istinadən xəbər verir.
Məlumata əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanan qərara əsasən Nəriman Salmanov işdən çıxarılıb. Digər əmrə əsasən “Aztelekom” MMC-yə rəis əvəzi vəzifəsinə İqbal Süleymanov təyin olunub.