Sumqayıtda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda bu gün, 16 may tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin "112" qaynar xəttinə daxil olan məlumata əsasən, xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Onlar tərəfindən giriş qapısı açılıb və nəzarətsiz qalmış uşaq xilas edilib.