Bu gün, 32 il öncə şəhid olan alimlər yad edilib. Bu haqda AMEA-nın Polimer Materialları İnstitutu məlumat yayıb.
Yanvar faciəsindən sonra, 24 yanvar tarixində görkəmli alimlər – professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulov amansızlıqla qətlə yetirilmişdirlər. Onlar Bakı-Quba yolunda Sovet ordusunun Azərbaycana yeridilən böyük kontingentinin hərbi texnikasının hücumuna məruz qalmışdırlar. İ.İbrahimov və S.Məmmədova hadisə yerində, İ.Mursaqulov isə xəstəxanada dünyalarını dəyişiblər.
İnstitutun əməkdaşları Bakı-Quba yolunun 24-cü kilometrində qoyulan xatirə abidəsini hər il ziyarət edirlər. [modula id="8518"]