Bakı-Sumqayıt sürət qatarı xəttə çıxmayıb. Bu haqda 22 noyabr tarixində Sumqayıt24 Bizim.Media.az-a istinadən məlumat verir.
Söhbət saat 07:05-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatardan gedir. Bundan xəbərsiz olan sərnişinlər xeyli müddət gözləməli olublar. Saat 07:15-də Sumqayıtdan çıxmalı olan növbəti qatar da xəttə qrafikdəki vaxtdan gec çıxıb. Nəticədə qatarda böyük sıxlıq yaranıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, müvəqqəti gecikməyə səbəb qatarın naqillərinin oğurlanması olub. Hazırda qatarlar mövcud qrafikə uyğun hərəkət edir.