Sürət qatarlarında yaranmış problem çözülüb. Sumqayıt24 bu haqda 28 dekabr tarixində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Güclü külək Sumqayıt-Pirşağı-Bakı xəttinin elektrik təchizatında nasazlıq yaratmışdı. "Azərişıq" ASC tərəfindən problem aradan qaldırılıb. Elektrik enerjisinin verilişi bərpa olunub.