Bakı-Sumqayıt avtomagistralında baş vermiş dəhşətli qəzada ölənlərin kimliyi məlum olub. Bu haqda 11 dekabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə dekabrın 10-da saat 06:35 radələrində qeydə alınıb. Hadisə zamanı 60 yaşlı Ayna Allahverdiyeva və 64 yaşlı Afət Bədəlova dünyasını dəyişiblər.
Xəstəxanaya yerləşdirilən 62 yaşlı qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 31 yaşlı kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.
Digər xəsarət alanlar – 36 yaşlı kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. 48 yaşlı qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.