Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda 18 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Yol-nəqliyyat hadisəsi səhər saatlarında Saray YPX Postu yaxınlığında qeydə alınıb. “Honda” və “Mercedes-Benz” markalı avtomobillər toqquşub. Məlumata görə, qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.