Bakı-Sumqayıt yolunda yük maşınının iştirakı ilə avtoqəza baş verib. Bu haqda 26 dekabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb. “Toyota” markalı minik avtomobili ilə “İsuzu” markalı yük maşını toqquşub. Qəza nəticəsində sürücülər xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.