Sumqayıtlı gənclər “İntellektual klubların Gənclər liqası”nda iştirak edə bilərlər. Bu haqda Sumqayıt24 xəbər verir.
Qeydiyyatdan keçmiş komandalar yaşadıqları şəhər və rayonda keçiriləcək 4 seçim turunda iştirak edəcək. Seçim turunda qalib olan komandalar 11-12 iyun tarixində Bakıda keçiriləcək final mərhələsində iştirak edəcək. Turnirdə hər komanda 6 oyunçudan ibarət olacaq və “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq”, “Erudit Kvartet” oyunları baş tutacaq.
16-29 yaş aralığında olan gənclər linkə daxil olmaqla və ya "GencApp" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi 28 aprel saat 23:59-dur.