Baş prokuror Kamran Əliyev Sumqayıtda vətəndaş qəbulu keçirəcək. Bu haqda 27 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Qəbul dekabrın 5-də saat 10:00-da baş tutacaq. Görüşdə Sumqayıt şəhər və Qubadlı rayon sakinləri iştirak edə bilərlər.