Baş prokuror Sumqayıt şəhəri, Qubadlı rayonu və digər bölgələrdən olan vətəndaşlarla görüşüb. Sumqayıt24 bu haqda 6 dekabr tarixində xəbər verir.
Kamran Əliyevin qəbulu Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında baş tutub. 119 vətəndaş konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlərin araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair müraciətlər ediblər. Məsələlərin operativ həlli üçün müvafiq göstərişlər verilib.
Sonda Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.