Bayram günü münasibətilə Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olunub. Bu haqda bu gün, 24 iyun tarixində Sumqayıt24 xəbər verir.
Məlumata görə, 26 iyun - Silahlı Qüvvələri Günü bazar gününə təsadüf etdiyi üçün, 27 iyun qeyri-iş günü olacaq. Bu səbəbdən 25, 26 və 27 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarları istirahət günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Qeyd etdiyimiz tarixlərdə hərəkətdə olan qatarların siyahısını linkə daxil olaraq öyrənmək mümkündür.