Əlilliyi olan fəal gənclər və blogerlər Sumqayıt Reabilitasiya Mərkəzində olublar. Sumqayıt24 bu barədə 3 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar təşkil olunan tədbirdə iştirakçılara göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib, eləcə də onların rəy və təklifləri öyrənilib. Görüşdə əlilliyi olan şəxslər üçün müyəssər mühitin inkişaf etdirilməsi, inklüzivlik imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
İnfotur Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təşkil edilib.