Bu gün Kəlbəcərin erməni işğalından azad edilməsinin 3 ili tamam olur.
1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə azad olunmuşdur. Bu, 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış sənəddə bəyan edilmişdir.
Kəlbəcərin boşaldılaraq qaytarılması ilk öncə 15 noyabr 2020-ci il tarixində baş verməli idi, lakin sonradan Ermənistan öz ordusunun və qanunsuz olaraq yerləşdirdiyi əhalinin rayondan çıxarılması üçün daha 10 gün istədi. Nəhayət, noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edildi.