Bu gün Vətən müharibəsi şəhidi Müzəffər Ağaliyevin doğum günüdür.
Müzəffər Vahid oğlu Ağaliyev 1981-ci il dekabrın 30-da Sumqayıt şəhərində anadan olub. 1988-1999-cu illərdə H.Z. Tağıyev qəsəbəsindəki 19 nömrəli məktəbdə təhsil alıb.
2000-ci il yanvarın 1-də həqiqi hərbi xidmətə çağırılıb. Tərxis olduqdan sonra müxtəlif sahələrdə işləyib. 2006-cı il oktyabr ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub.
Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu olan Müzəffər Vətən müharibəsi zamanı Füzuli istiqamətində düyüşüb. Oktyabrın 23-də Füzuli rayonunun Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərin birində həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə: