Yeni salınmış uşaq meydançası dağılıb-tökülür. Sumqayıt24 bu haqda 8 iyul tarixində xəbər verir.
Bulvarda, 2 saylı Sumqayıt "ASAN Xidmət" mərkəzinin önündəki bir neçə yelləncək və idman aləti yararsız vəziyyətə düşüb. Valideynlər övladlarının əyləndikləri yerin təhlükəsindən bixəbərdirlər.
Fotoda gördüyünüz yelləncəyin dayağı yeyilib və üzərində azyaşlı olan zaman gözlənilmədən qırıla bilər.