Ceyranbatan qəsəbəsində mebel sexinin sahibi cərimələnib. Sumqayıt24 bu haqda 2 dekabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Abşeron Rayon Polis İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin əməkdaşları sözügedən sexdə məişət tullantılarının qalaqlanmasını müəyyən ediblər. Obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.