Ceyranbatan qəsəbəsində mənzildə partlayış olub. Bu haqda 11 dekabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb. Məişət qazının sızması nəticəsində 3 otaqlı mənzilin eyvanında yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Nəticədə mənzilin sahibi, 70 yaşlı Lyudmila İbadova xəsarət alıb.
FHN-in əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.