Sumqayıt şəhəri və qəsəbələrinin ərazisinə aid çimərliklərdə təmizlik işləri həyata keçirilib. Bu haqda bu gün, 7 iyun tarixində Sumqayıt24 DünyaTV-yə istinadən xəbər verir.
Sumqayıt ŞİH-in və FHN-in kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmət əməkdaşları ilə AQTA nümayəndələri mövcud obyektlərə baxış keçirib, lazimi tapşırıq və tövsiyələr veriblər.
“Çimərliklərdən istifadə pulsuzdur, neqativ hallar müşahidə olunarsa, şəhər İcra Hakimiyyətinin qaynar xəttinə (164) müraciət edə bilərlər”, - deyə SŞİH-nın İstehsalat və xidmət sahələri sektorunun müdiri Araz Fərhadov bildirib.