top
Çingiz Mustafayevin anadan olmasının 64-cü ildönümüdür
29 avqust 2024, 02:08
- ↺ +

Çingiz Mustafayevin anadan olmasının 64-cü ildönümüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

Çingiz Mustafayev 29 avqust 1960-cı ildə Rusiyanın Həştərxan vilayətində, hərbçi ailəsində anadan olub.

O, 4 yaşında ailəsi ilə birgə Bakıya köçüb. Atası Çingizin hərbçi olmasını istəyir və bu səbəbdən oğlunu Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumağa yollayır.

Mustafayev burada onuncu sinfə qədər təhsil alır, sonra isə hərbi məktəbi yarımçıq qoyur, 167 saylı məktəbdə təhsilini davam etdirir. O, 1983-cü ildə Azərbaycan Tibb Universitetini bitirir. Lakin bir müddət sonra Mustafayev jurnalistika sahəsinə üz tutur.

O, jurnalistika karyerasına 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiklərini lentə alaraq başlayır. Sonra isə Çingiz Mustafayev özunu hərbi jurnalistikaya həsr edir. 1991-ci ildən o, Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərir.

Çingiz kiçik heyəti ilə birlikdə cəbhə bölgələrinə səfərlər edir, buradakı real vəziyyət barədə məlumatlar yayırdı. O, Qarabağ müharibəsi haqqında 8 ay ərzində 18 sənədli film hazırlayır. Məhz bu video və fotomateriallar sayəsində dünya Qarabağ münaqişəsinin həqiqi xarakterini öyrənir və Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı törətdiklərindən xəbər tutur.

Media nümayəndəsinin hərbi jurnalistika karyerasında ən böyük xidmətlərindən biri Xocalı soyqırımını lentə alması olur. O, bu qətliamı çəkmək üçün bir qrup jurnalistlə birgə helikopterlərlə iki dəfə Xocalıya səfər edir. Çingiz burada yüzlərlə cəsədi lentə alır.

Çingiz Mustafayev 15 iyun 1992-ci ildə Xocalı rayonunun Naxçıvanlı kəndində hərbi əməliyyatların çəkilişi zamanı aldığı mərmi qəlpəsindən həlak olub. O, Bakıda, Şəhidlər xiyabanında dəfn olunub. 6 noyabr 1992-ci ildə Çingiz Mustafayev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Bu gün, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Oxşar xəbərlər