"Bakı Hərrac Mərkəzi" MMC-də açıq hərrac keçiriləcək. Sumqayıt24 bu haqda 8 iyul tarixində Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən məlumat verir.
Müsabiqə ləğv prosesində olan “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13 ünvanındakı dəyəri 62 min manat olan 58,45 kv.metrlik mənzilin satışı üzrə olacaq.
Hərrac iyulun 12-də baş tutacaq.