Sumqayıtda azyaşlılar dayancaqların üzərində müxtəlif işarələr yazıblar. Sumqayıt24 bu haqda bu gün, 17 mart tarixində Metbuat.az-a istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən müəyyən olunub ki, 4-cü məhəllə ərazisində avtobus dayanacağının şüşələrinə işarələri şəhər sakinləri U.Salmanov və E.Yusifov (ad soyad şərtidir) yazıblar. Bu səbəbdən onlar, valideyinləri ilə birlikdə Polis İdarəsinə çağırılıblar. Dindirilmə zamanı onlar törətdikləri əməli etiraf edib. Daha sonra, azyaşlılar və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb.