Sumqayıtda deputat Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu haqda bu gün, 27 aprel tarixində onun Facebook səhifəsinə istinadən xəbər verir.
41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, komitə sədri olan Hüseynova vətəndaşları fərdi qaydada qəbul edib. Onların müraciət və təklifləri dinlənilib, problemləri sorğulanıb. Müraciətlər əsasən işlə təminat, əmək təqaüdləri və digər sosial məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll olunub, digərləri isə həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib.