Sumqayıtda vətəndaş qəbulu keçirilib. Sumqayıt24 bu barədə 2 noyabr tarixində xəbər verir.
Deputat Hicran Hüseynova seçicilərlə görüşüb. YAP şəhər təşkilatının inzibatı binasında baş tutan qəbulda sakinlərin müraciətləri dinlənilib. Millət vəkili müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətəndaşlar, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyəti qurumlara yönəldilib.