“Yuxu” rok qrupunun vokalçısı festivalda çıxış edib.
Sumqayıt24 xəbər verir ki, bir vaxtlar əfsanəvi qrupun üzvü olmuş Cəsur Nemətov Qusara gəlib. O, burada keçirilən “MotoFest2024”-də 400-ə yaxın motosiklet həvəskarı üçün ifalar edib.
Xatırladaq ki, “Yuxu” 1987-ci ildə Sumqayıt şəhərində yaradılıb. Qrupun təsisçisi bas-gitarada ifa edən İbrahim Emin olub.