Sumqayıtda ekoloji problemlərlə əlaqəli görüş keçirilib. Bu haqda Facebook sosial şəbəkəsinə istinadən xəbər veririk.
Sumqayıt şəhərinin deputatları Tahir Mirkişili və Cavid Quliyev “Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH” Azərbaycan nümayəndəliyindən Şəfiqə Hacıəhmədova ilə görüşüblər. Onlayn görüş zamanı agentliyin Sumqayıt şəhərində həyata keçirdiyi layihələri müzakirə olunub, onların genişləndirilməsinin vacibliyi qeyd edilib.