Sumqayıtda əmək yarmarkası keçiriləcək. Bu haqda 23 noyabr tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Yarmarkaya 20 müəssisə tərəfindən 120-dən çox vakansiyanın çıxarılması nəzərdə tutulub. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. İştirakçılara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat təqdim olunacaq.
Tarix: 28 noyabr;
Saat: 10:00-13:00;
Ünvan: Heydər Əliyev parkı (Poeziya Evi).
Layihə Abşeron-Xızı Regional Məşğulluq filialının dəstəyi ilə həyata keçiriləcək.