Sumqayıtda əmək yarmarkası keçirilib. Sumqayıt24 bu haqda 29 noyabr tarixində xəbər verir.
Tədbir Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən təşkil olunub. Burada ümumilikdə 21 işəgötürən şirkət 120 vakant yer təqdim edib. Minimum əməkhaqqı 345 manat təşkil edib, maksimum isə 1500 manata çatıb.
İştirakçılar iş yerlərinə dair tələblər barədə məlumatlandırılıblar, müraciətçilərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.