Sumqayıtda zavod direktoru yenidən cərimələnib. Sumqayıt24 bu haqda 5 iyul tarixində xəbər verir.
“Etilen-polietilen” zavodunun rəhbəri Oqtay Niftəliyev əməkdaşlardan birinin əmək müqaviləsinə qanunsuz xitam verib. Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) buna görə ona İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə protokolu tərtib edib.
Həmin qanun pozuntusuna görə vəzifəli şəxslər 1500-2000 manatadək cərimələnirlər.
Xatırladaq ki, ötən il Dövlət Ekoloji Təhlükəsizlik Xidməti də zavoddan tullantı sularının su hövzəsinə axıdıldığına görə O. Niftəliyevi cərimələmişdi.