Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 30 noyabr tarixində xəbər verir.
Hadisə bu gün səhər saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında qurumun xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib.
Həyata keçirilən tədbirlərlə vətəndaşa müvafiq köməklik göstərilib.