Sumqayıt komandası "Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində qalib olub. Bu haqda bu gün, 26 may tarixində Sumqayıt24 Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, birincilik Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilib. Yarış "Kombinə edilmiş yanğın estafeti” və "Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Sumqayıt Regional Mərkəzi üzrə 43 nömrəli məktəbin komandası qalib olub.
Komandamız "Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.