Sumqayıtda gənc yazıçının ilk kitabının təqdimatı olacaq. Bu haqda yazar Elvin İntiqamoğlu öz sosial şəbəkə hesabında məlumat yayıb.
“On dördüncü qızılgül” adlı şeirlər kitabının imza günü 18 fevral saat 15:00-da, "Poeziya evi"ndə baş tutacaq. Buraya bütün poeziyayasəvərlər dəvət olunub. Qeyd edək ki, kitabın təqdimatı Sumqayıtdan başqa, Bakıda da olacaq.