Bələdiyyə seçkilərinin keçiriləcəyi təxmini vaxt açıqlanıb. Sumqayıt24 bu haqda 7 dekabr tarixində xəbər verir.
Azərbaycanda sözügedən icra qurumlarına seçkilərin 2024-cü ilin dekabrında keçirilməsi gözlənilir. Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Seçkilərin təyin edilməsi qərarı onun qəbul olunduğu gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu seçkilər 23 dekabr 2019-cu ildə keçirilib.