Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb. Sumqayıt24 bu haqda 9 dekabr tarixində xəbər verir.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, 20, 21, 22, 23, 24 mart 2024-cü il Novruz bayramı, 10, 11 aprel Ramazan bayramı, 16, 17 iyun isə Qurban bayramı müəyyən edilib.
Qeyd edək ki, Əmək Məcəlləsində yuxarıdakı günlər iş günü hesab edilmir.