Sumqayıt Gömrük İdarəsinin əməkdaşları şəhid ailələrini və aztəminatlı ailələri ziyarət ediblər. Bu haqda 27 dekabr tarixində Sumqayıt24 Komitəyə istinadən məlumat verir.
Ziyarət Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunub. Görüş zamanı bildirilib ki, qəhrəman Vətən övladları daim hörmət və ehtiramla anılacaqlar.
Həmçinin vətənpərvər, mərd övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə sonsuz minnətdarlıq ifadə olunub.