Sumqayıt Gömrük İdarəsində görüş keçirilib. Bu haqda 27 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri iştirak ediblər. Qonaqlara “Transxəzər Gömrük Tranzit Portalı”, “Avtomatlaşdırılmış Risk Analiz Sistemi” və “Səlahiyyətli İqtisadi Operator” layihələri barədə təqdimatlar nümayiş etdirilib.
Həmçinin gömrük sistemində aparılan islahatlar, gömrük xidmətinin strateji hədəfləri və gömrük qanunvericiliyi sahəsində yeni qəbul edilmiş normativ hüquqi aktlar barədə ətraflı məlumat verilib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Toplantının sonunda “Smart Bot” mobil tətbiqinə dair videoçarx nümayiş etdirilib.