Qatarlar hərəkət qrafikindən çıxıb. Sumqayıt24 bu haqda 28 dekabr tarixində xəbər verir.
Güclü külək nəticəsində elektrik təchizatının verilməsində texniki nasazlıq yaranıb. Bu səbəbdən Sumqayıt-Pirşağı-Bakı qatarlarının qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır.
"Eyni zamanda güclü küləklə əlaqədar sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə qatarların sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib", – deyə "Azərbaycan Dəmir Yolları" QSC vurğulayıb.