Sumqayıtda bu gün ərzində daha 1 nəfər mənzilində köməksiz vəziyyətdə qalıb. Bu haqda 28 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata istinadən xəbər veririk.
Nazirliyin "112" qaynar xəttinə vətəndaşın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Nəticədə, çağırış ünvanına cəlb olunan xilasedicilər tərəfindən ona müvafiq köməklik göstərilib.