“Baic” markalı minik avtomobili yol kənarındakı maneəyə çarpılıb, 2 nəfər avtomobildə sıxılaraq qalıb. Sumqayıt24 bu haqda 25 noyabr tarixində xəbər verir.
Hadisə dünən, 24 noyabr H.Z. Tağıyev qəsəbəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal əraziyə yetişib. Qurum əməkdaşları tərəfindən vətəndaşlar avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.