H.Z. Tağıyev qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 26 dekabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Qəza Bakı-Quba yolunun 37-ci kilometrində, qəsəbədən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada Oruc Osmanovu avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Fakt araşdırılır.