Sumqayıt sakinindən qanunsuz ov silahı tapılıb. Bu haqda 27 noyabr tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Aparılmış tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb. Onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.
Həmin şəxslərdən 2 ədəd ov silahı, 1 ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.