Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasında “Həkim praktikasında antikoaqulyantlar: Tövsiyələrdən yeniliklər” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu haqda 3 iyul tarixində Sumqayıt24 xəbər verir.
Seminarda kardioloq, reanimatoloq və terapevtlər iştirak ediblər. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının dosenti, tibb elmləri doktoru Samir Mehdiyev mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. S. Mehdiyev bu sahədəki praktik təcrübəsini, müasir müalicə metodlarını və tibbin son yeniliklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən konfransda həkimləri maraqlandıran suallar cavablandırılıb.