Sumqayıtda hava kəskin dəyişəcək. Sumqayıt24 bu haqda 9 yanvar tarixində xəbər verir.
Yanvarın 10-da qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s-yə çatacağı gözlənilir. Gecə 30-33 m/s-dək güclənəcəyi ehtimalı var, gündüz isə tədricən zəifləyəcək.
Əsasən, axşam saatlarında arabir yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Gecə və gündüz saatlarında 5 dərəcəyədək isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 13-ü axşamdan 15-dək sulu qar, qar yağacağı gözlənilir.