Sumqayıt şəhərində sürücülər arasında münaqişə baş verib. Bu haqda bu gün, 14 aprel tarixində Avtosfer.az-a istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə bu gün Heydər Əliyev prospektində baş verib. “Reportyor” saytının rəhbəri Arifə Əliyeva yolun sol zolağı ilə hərəkət edirdi. Bu zaman arxada hərəkət edən “Hyundai” markalı avtomobilin sürücüsü ondan yol istəyib:
“İşıq siqnallarını yandırıb-söndürdüyünə görə, mən sağa manevr edərək ona yol verdim. Bu zaman o, yanımdan keçərək mənə nalayiq söyüş söydü və “yol ver də” deyərək qərəzli hərəkətlər etməyə başladı. Daha sonra qarşıdakı svetoforda dayanan zaman maşından düşərək üstümə hücum etdi. Mən şüşələri və qapıları bağlayaraq hadisəni videoya çəkməyə başladım. Heç nə edə bilməyəcəyini görəndən sonra isə protez ayağını göstərərək nalayiq ifadələr işlətməyə davam etdi”.